Vikipediya:Məqalə namizədləri

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məzmun · Şərtlər · Məqalə namizədləri · Qiymətləndirmə
Məqalə namizədləri

Məqalə namizədləri səhifəsinə xoş gəlmisiniz!

Bu səhifənin yaradılmasında məqsəd Azərbaycan dilində olan Vikipediyanın məqalə və siyahılarının həm kəmiyyət, həm də keyfiyyət baxımından zənginləşdirilməsinə yardımçı olmaqdır. Məqsəd "seçilmiş məqalə", "yaxşı məqalə" və "seçilmiş siyahı" statusu almağa layiq bilinən məqalələri üzə çıxarmaqdır.

Nəzərdən keçirilməsi tövsiyə olunan səhifələr:

Namizədlik mərhələləri[əsas redaktə]

Birinci addım: Namizədlik

Məqalə və siyahılara statusların təqdim olunması üçün ilk öncə onların şərtlərə uyğun olmasından əmin olun. Bundan sonra məqalə və ya siyahını uyğun gördüyünüz statuslardan biri üzrə təqdim edin. Aşağıdakı düymələrdən istifadə etməklə uyğun səhifələrə keçid edə bilərsiniz.

İkinci addım: Qiymətləndirmə

Məqalə və siyahıların şərtlərə uyğunluğu idarəçilər tərəfindən təsdiqlənir və onlar ümumi müzakirə üçün statusa uyğun qiymətləndirmə səhifələrindən birində yerləşdirilir. Statuslar müzakirənin nəticəsinə uyğun olaraq verilir. Bu səhifələrdə məqalə və siyahıların statusdan məhrum edilməsi ilə bağlı da müzakirə başlatmaq mümkündür. Aşağıdakı düymələrdən istifadə etməklə uyğun səhifələrə keçid edə bilərsiniz.